• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Citadel” qlobal maliyyə böhranı riskinə dair xəbərdarlıq edib

Dünya

24-11-2026, 14:57



“Citadel Securities” ticarət şirkəti ABŞ Federal Ehtiyat Sisteminin (FED) daha sərt pul siyasətinə yönəldiyi bir vaxtda iqtisadi artım perspektivlərinin zəiflədiyinə diqqət çəkərək mövcud bazar şəraitinin 2018-ci ilin sonlarında müşahidə olunan kəskin satış dalğası ərəfəsindəki vəziyyəti xatırlatdığı barədə xəbərdarlıq edib.

sozmedia.az xəbər verir ki, şirkətin strateqləri FED-in getdikcə daha sərt mövqe tutduğu bir şəraitdə bazarlarda iqtisadi artım perspektivləri ilə bağlı narahatlıqların artdığını bildiriblər.

Şirkətin makrostrategiya üzrə rəhbəri Frenk Flayt hazırkı şəraitin 8 il əvvəlki dövrə bənzədiyini qeyd edib. Onun sözlərinə görə, həmin vaxt ABŞ iqtisadiyyatının güclü inkişafı iqtisadi perspektivlərin pisləşməsini gizlədirdi və bu vəziyyət zəiflik əlamətləri bazarın digər seqmentlərinə də yayılana qədər davam etmişdi.

F.Flаytın fikrincə, həmin dövrdə olduğu kimi, hazırda da ABŞ dolları möhkəmlənir, iqtisadi tsiklə həssas səhmlər isə ucuzlaşır. Pul siyasətini sərt saxlamaqda qərarlı olan FED-in mövqeyi istiqrazların gəlirliliyinin yüksək səviyyədə qalmasına da təsir göstərir.

O bildirib: “Hər iki dövrdə ABŞ iqtisadiyyatının digər ölkələrlə müqayisədə daha yaxşı nəticələr göstərməsi və daxili iqtisadi fəallığın güclü olması gələcək artım perspektivlərinin pisləşməsini kölgədə qoyurdu. Həmin dövrdə Çinlə ticarət müharibəsi, hazırda isə İranla müharibə bu vəziyyəti daha da ağırlaşdırıb. Son korreksiyanın iqtisadi perspektivlərdəki pisləşmənin böyük hissəsini artıq qiymətlərdə əks etdirdiyini düşünmək təbiidir. Lakin 2018-ci ilin təcrübəsi bu məsələdə nikbin olmağa əsas vermir”.

Qeyd edək ki, FED 2018-ci ildə də pul siyasətinin sərtləşdirilməsi mərhələsində idi. Həmin vaxt qurumun sədri Cerom Pauellin faiz dərəcələrinin neytral səviyyədən “çox uzaqda” olduğunu bildirməsi maliyyə bazarlarında ciddi narahatlıq yaratmışdı.

Həmin ilin dekabrında “S&P 500” indeksi sentyabr ayındakı zirvə göstəricisi ilə müqayisədə təxminən 20 faiz geriləmişdi. Bu satış dalğası investorlar Stenli Drakkenmiller və Kevin Uorşun FED-i pul siyasətinin sərtləşdirilməsinə fasilə verməyə çağırmasına səbəb olmuşdu.

Kevin Uorş may ayında Cerom Pauelli FED sədri vəzifəsində əvəz edib. “Citadel Securities” şirkətinin Avropa, Yaxın Şərq və Afrika regionu üzrə sabit gəlirli qiymətli kağızların satışı bölməsinin rəhbəri Nohşad Şah investorların səhmlərdəki zəifliyin pul siyasətinin yumşaldılmasına gətirib çıxaracağını düşünməməli olduqlarını bildirib.

Onun sözlərinə görə, 2018-ci ildən fərqli olaraq, hazırda baza inflyasiyası 3 faizdən yüksəkdir və FED-in 2 faizlik hədəf göstəricisini əhəmiyyətli dərəcədə üstələyir.

Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

8-10-2026, 18:36

Neft qiymətləri yenidən kəskin yüksəlib

Dünya

20-11-2026, 11:06

IMF rəhbəri süni intellekt bazarında mümkün korreksiya ilə bağlı xəbərdarlıq edib

Dünya

13-10-2026, 22:10

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Dünya

24-11-2026, 15:10

Süni intellekt bazarında canlanma FED-in faiz artımı gözləntilərini gücləndirir

İqtisadiyyat

17-11-2026, 10:40

Qızılın qiyməti son bir ilin ən aşağı səviyyəsindədir

Araşdırma
280 SAYLI MƏKTƏBDƏ NƏ BAŞ VERİR? 5-Cİ SİNİF ŞAGİRDİ İKİ HƏFTƏDƏN ÇOXDUR DƏRSDƏN KƏNARDA QALIB!
Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub
ŞƏKİ YAYLASINDA ACINACAQLI VƏZİYYƏT: TURİSTİN TƏHLÜKƏSİ KİMİN MƏSULİYYƏTİNDƏDİR?
Bakıya “yağış yağan” avtobuslar gətirilib
Azərbaycanın bu kəndində 150 min adam yaşayır
Güzdəkdə daş karxanası: təhlükəsizlik qaydaları niyə gözardı edilir?
Hadisə
1-11-2026, 22:00
Məşhur rejissor səhvən özünü güllələdi
31-10-2026, 14:30
Bərdədə yeniyetmə ağır qəza törətdi
19-10-2026, 19:00
Qazaxda 35 yaşlı kişini ildırım vurub
8-10-2026, 11:00
Nigar Fərhadın həyat yoldaşı başqa təcridxanaya köçürüldü
1-10-2026, 15:15
Gömrükdə bəyan edilməyən külli miqdarda kosmetik vasitə aşkarlandı
26-09-2026, 13:10
Qaradağda vulkan püskürməsi 10 dəqiqə davam edib
Son xəbərlər
  • 21-03-2026, 21:45
    Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyinin təşəbbüsü ilə iftar süfrəsi təşkil olundu
  • Bugün, 17:30
    Rusiyada Su-34 bombardmançı təyyarələrinin yerləşdiyi aerodrom vurulub
  • Bugün, 17:10
    İlon Mask ABŞ-də hər bir uşağa iki “SpaceX” səhmi bağışlamağı planlaşdırır
  • Bugün, 16:50
    İspaniya İbiza yaxınlığında tankerin qəzaya uğramasından sonra dənizdə fövqəladə vəziyyət elan edib
  • Bugün, 16:40
    Vyetnam milyarderləri ABŞ-nin tarif açıqlamasından sonra 3 milyard dollar itirib
  • Bugün, 15:20
    Britaniya nüvə sualtı qayıqlarının modernləşdirilməsinə 8 milyard funt sterlinq ayırır
  • Bugün, 07:00
    Norveç ABŞ-nin yeni gömrük rüsumlarından hələlik yayına bilib
  • Bugün, 05:30
    Alimlər vikinqlər dövründə bəzək əşyalarının kütləvi istehsalı barədə təsəvvürü təkzib ediblər
  • Bugün, 05:00
    Misirdə yanacaq daşıyan tankerin yanması nəticəsində 30 nəfər həlak olub
  • 24-11-2026, 16:05
    Azərbaycanlı güləşçi dopinqə görə 3 il müddətinə diskvalifikasiya olunub
  • 24-11-2026, 15:35
    Çində 4,4 bal gücündə zəlzələ baş verib
  • 24-11-2026, 15:25
    “Özbəkfilm” neyroşəbəkələr vasitəsilə film çəkməyə başlayacaq
  • 24-11-2026, 15:10
    Süni intellekt bazarında canlanma FED-in faiz artımı gözləntilərini gücləndirir
  • 24-11-2026, 15:00
    Qlobal bazarlarda “Nvidia” gündəmi
  • 24-11-2026, 14:57
    “Citadel” qlobal maliyyə böhranı riskinə dair xəbərdarlıq edib
  • 24-11-2026, 14:53
    Süni intellekt depressiya müalicəsində uyğun terapiyanın erkən seçilməsinə necə kömək edə bilər?
  • 24-11-2026, 14:48
    Londonda ilk dəfə rəqəmsal qızıl əməliyyatı aparılıb
  • 24-11-2026, 14:48
    İran: Hörmüz boğazı Tehranın şərtlərinin yerinə yetiriləcəyi təqdirdə açılacaq
  • 24-11-2026, 14:10
    Politoloq: Putinin ritorikasının yumşalması sülh prosesinin irəliləməsini göstərir
  • 24-11-2026, 12:50
    Türkiyədə COP31 çərçivəsində dəyəri 26 milyard dollardan çox olan sazişlər imzalanıb
  • 24-11-2026, 12:30
    Makronun büdcə təşəbbüsü tənqid edilib
  • 22-11-2026, 23:15
    Kuşner: ABŞ Rusiyanı NATO-nun qarşıdurma istəmədiyinə inandırmağa çalışır
  • 22-11-2026, 22:30
    Dağıstanda qəza səbəbindən 40 mindən çox insan işıqsız qalıb
  • 22-11-2026, 20:30
    ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb
  • 22-11-2026, 18:50
    Tramp: Açıq sərhədlər ölkələri məhv edir
  • 22-11-2026, 18:40
    Almaniyada kilsədə 19 nəfər dəm qazından zəhərlənib
  • 22-11-2026, 07:30
    Meksikada kartel rəhbərinin saxlanılması əməliyyatı zamanı dörd hərbçi həlak olub
  • 22-11-2026, 07:00
    İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib
  • 22-11-2026, 06:40
    Husilərin Ər-Riyada PUA hücumunun qarşısı alınıb
  • 22-11-2026, 05:30
    “SpaceX” ABŞ Kosmik Qüvvələri üçün peyklər daşıyan raket buraxıb
  • 22-11-2026, 05:00
    Bəhreyn DİN: İranın hücumu nəticəsində sənaye obyektində yanğın baş verib
  • 21-11-2026, 15:00
    Vyetnam Prezidenti: Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq
  • 21-11-2026, 12:00
    Azərbaycan parataekvondoçusu dünya çempionatının bürünc medalını qazanıb
  • 21-11-2026, 09:20
    Kimi Antonelli Las-Veqas Qran-Prisinin təsnifat mərhələsinin qalibi olub
  • 21-11-2026, 07:10
    Peruda güclü zəlzələ baş verib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: İntizar Əmirova
  • Telefon: (+99455) 429 29 47
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. SozMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə