• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Bioloji kompüterdə az enerji ilə daha effektiv hesablama dövrünə keçid edilir

Dünya

4-02-2025, 09:07

Müasir kompüter texnologiyası inanılmaz dərəcədə sürətli və etibarlı olsa da, yüksək enerji istehlakı ilə müşayiət olunur. Dünyada İT cihazları və məlumat mərkəzləri qlobal elektrik enerjisinin təxminən 3 faizini istehlak edir və süni intellektin inkişafı bu tələbatı daha da artırır. Bəs kompüterlərin enerji sərfiyyatını azaldaraq eyni hesablama gücünü saxlamaq mümkündürmü? Alimlər təbiətdən ilhamlanaraq bu problemi həll etməyə çalışırlar.
AZƏRTAC “theconversation.com” portalına istinadla xəbər verir ki, IBM alimi Rolf Landauer 1961-ci ildə hesablama üçün sərf olunan enerji ilə bağlı fundamental bir hədd – Landauer limitini irəli sürdü. Onun hesablamalarına görə, bir bit məlumatı dəyişdirmək üçün tələb olunan minimum enerji təxminən 10⁻²¹ coul təşkil edir. Müasir kompüterlər isə hər bit əməliyyat üçün bu limitdən milyard dəfə çox enerji sərf edir. Bu fərq kompüterlərin sürətli işləməsi üçün lazımi enerjinin kəskin artması ilə bağlıdır: nə qədər tez hesablama aparılırsa, bir o qədər çox enerji tələb olunur.
Bu problemi həll etmək üçün kompüterlərin işləmə prinsipini dəyişdirmək lazımdır. Ənənəvi kompüterlər ardıcıl şəkildə, yəni bir əməliyyatı digəri ilə əvəz edərək işləyir. Alternativ olaraq, çox sayda yavaş işləyən kiçik kompüterdən ibarət sistem yaradılarsa, enerji sərfiyyatını əhəmiyyətli dərəcədə azaltmaq olar. Məsələn, saniyədə milyard əməliyyat aparan güclü prosessor əvəzinə, hər biri saniyədə bir əməliyyat yerinə yetirən milyardlarla kiçik prosessor istifadə edilə bilər. Bu yanaşma, 2023-cü ildə aparılan bir araşdırmaya görə, kompüterləri Landauer limitinə yaxın enerji sərfiyyatı ilə işlətməyə imkan verə bilər.
Ən perspektivli alternativlərdən biri şəbəkə əsaslı biohesablamadır. Bu texnologiya bioloji motor zülallarından istifadə etməklə işləyir. Hüceyrələrdə mexaniki hərəkətləri təmin edən bu kiçik protein maşınları, xüsusi nanokanallarla istiqamətləndirilərək hesablama tapşırıqlarını yerinə yetirə bilir. Bu sistemdə bioloji motorlar çoxsaylı mümkün həll yollarını paralel olaraq araşdırır. Belə yanaşma kombinator problemlərinin həlli üçün xüsusilə uyğundur. Məsələn, süni intellektin öyrədilməsində və mürəkkəb planlaşdırma tapşırıqlarında biohesablama daha səmərəli ola bilər. İlk təcrübələr göstərir ki, biokompüterlər elektron prosessorlarla müqayisədə 1000-10 min dəfə az enerji sərf edirlər. Bunun əsas səbəbi, motor zülallarının yalnız lazımi enerjidən istifadə edəcək şəkildə təkamülləşməsidir. Bununla belə, biokompüterlərin genişmiqyaslı tətbiqi üçün hələ bir sıra texnoloji maneələrin aradan qaldırılması lazımdır. Bunlara biofilamentlərin hərəkətinə nəzarət etmək, səhv nisbətlərini azaltmaq və mövcud elektron sistemlərlə inteqrasiyanı təmin etmək daxildir. Əgər bu problemlər həll edilərsə, biokompüterlər müəyyən növ mürəkkəb hesablamaları indiki kompüterlərdən min dəfə az enerji sərf edərək yerinə yetirə bilər.
Alternativ yanaşmalardan biri də neyromorfik hesablamadır. İnsan beyni sadəcə bir neçə vat güc sərf etməklə mürəkkəb qərarlar qəbul edə və müxtəlif tapşırıqları yerinə yetirə bilir. Bu, beynin yüksək dərəcədə paralel işləyən və bir-biri ilə sıx əlaqəli sinir şəbəkəsinə sahib olması ilə bağlıdır. Beyindəki sinapslar (sinir hüceyrələri arasındakı əlaqələr) bir bit məlumatı dəyişdirmək üçün tranzistorlarla eyni miqdarda enerji istifadə edir. Neyromorfik çiplər beynin bu xüsusiyyətlərini təqlid edərək kompüterlərin enerji istehlakını azalda bilər. Əgər biokompüterlərdə istifadə olunan enerji səmərəli prinsiplər neyromorfik çiplərə tətbiq edilərsə, bu, gələcəkdə kompüterlərin enerji sərfiyyatında inqilabi sıçrayışa səbəb ola bilər.
Bioloji və neyromorfik hesablama hələ erkən inkişaf mərhələsində olsa da perspektivlər ümidvericidir. Əgər alimlər biokompüterlərin genişmiqyaslı istehsalına nail ola bilsələr, bu, hesablama dünyasında böyük dəyişikliklər yaradacaq. Süni intellektin inkişafı və yüksək enerji tələb edən hesablamalar qarşısında enerji səmərəli hesablama texnologiyalarına keçid artıq bir seçim deyil, zərurətdir. Bioloji və neyromorfik kompüterlərin inkişafı həm ekoloji baxımdan daha dayanıqlı bir gələcək, həm də texnologiyanın Landauer limitinə yaxın səmərəliliklə işləməsi deməkdir. Gələcək illərdə bu sahədəki irəliləyişlər kompüter texnologiyasını yeni bir dövrə daşıya bilər.

Paylaş:
Digər xəbərlər

Dünya

31-12-2024, 07:00

Çində sürəti saatda 450 kilometrə çatan qatarın prototipi hazırlandı

İqtisadiyyat

30-01-2025, 21:58

Azərbaycan QDİƏT ilə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”ni müzakirə etdi

Dünya

15-12-2024, 07:43

BƏƏ-nin “Amea Power” şirkəti Süveyş körfəzində külək enerjisi stansiyası tikəcək

Gündəm / Siyasət

16-11-2024, 16:16

Nazir: Özbəkistanla Azərbaycan “yaşıl enerji”dən istifadəni genişləndirməyi planlaşdırır

Dünya

19-11-2024, 18:44

İstanbulda qlobal enerji məsələləri müzakirə olunacaq

Araşdırma
280 SAYLI MƏKTƏBDƏ NƏ BAŞ VERİR? 5-Cİ SİNİF ŞAGİRDİ İKİ HƏFTƏDƏN ÇOXDUR DƏRSDƏN KƏNARDA QALIB!
Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub
ŞƏKİ YAYLASINDA ACINACAQLI VƏZİYYƏT: TURİSTİN TƏHLÜKƏSİ KİMİN MƏSULİYYƏTİNDƏDİR?
Bakıya “yağış yağan” avtobuslar gətirilib
Azərbaycanın bu kəndində 150 min adam yaşayır
Güzdəkdə daş karxanası: təhlükəsizlik qaydaları niyə gözardı edilir?
Hadisə
1-11-2026, 22:00
Məşhur rejissor səhvən özünü güllələdi
31-10-2026, 14:30
Bərdədə yeniyetmə ağır qəza törətdi
19-10-2026, 19:00
Qazaxda 35 yaşlı kişini ildırım vurub
8-10-2026, 11:00
Nigar Fərhadın həyat yoldaşı başqa təcridxanaya köçürüldü
1-10-2026, 15:15
Gömrükdə bəyan edilməyən külli miqdarda kosmetik vasitə aşkarlandı
26-09-2026, 13:10
Qaradağda vulkan püskürməsi 10 dəqiqə davam edib
Son xəbərlər
  • 21-03-2026, 21:45
    Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyinin təşəbbüsü ilə iftar süfrəsi təşkil olundu
  • 26-11-2026, 19:10
    Gürcüstan XİN: Avropa Parlamentinin qətnaməsi Gürcüstan-Avropa İttifaqı münasibətlərini pozur
  • 26-11-2026, 19:00
    ABŞ-də Şükranlıq Günündə güclü fırtına və daşqınlar müşahidə olunur
  • 26-11-2026, 18:40
    "Sabah"la matçda 2 qol vuran futbolçu Çempionlar Liqasında həftənin oyunçusu seçilib
  • 26-11-2026, 17:40
    Tanınmış futbolçu avtomobil qəzası keçirib
  • 26-11-2026, 17:30
    Rusiyada Su-34 bombardmançı təyyarələrinin yerləşdiyi aerodrom vurulub
  • 26-11-2026, 17:10
    İlon Mask ABŞ-də hər bir uşağa iki “SpaceX” səhmi bağışlamağı planlaşdırır
  • 26-11-2026, 16:50
    İspaniya İbiza yaxınlığında tankerin qəzaya uğramasından sonra dənizdə fövqəladə vəziyyət elan edib
  • 26-11-2026, 16:50
    Fernando Alonso virusa yoluxduğu üçün Qətər Qran-Prisinin ilk sərbəst yürüşünü buraxacaq
  • 26-11-2026, 16:40
    Vyetnam milyarderləri ABŞ-nin tarif açıqlamasından sonra 3 milyard dollar itirib
  • 26-11-2026, 15:20
    Britaniya nüvə sualtı qayıqlarının modernləşdirilməsinə 8 milyard funt sterlinq ayırır
  • 26-11-2026, 07:00
    Norveç ABŞ-nin yeni gömrük rüsumlarından hələlik yayına bilib
  • 26-11-2026, 05:30
    Alimlər vikinqlər dövründə bəzək əşyalarının kütləvi istehsalı barədə təsəvvürü təkzib ediblər
  • 26-11-2026, 05:00
    Misirdə yanacaq daşıyan tankerin yanması nəticəsində 30 nəfər həlak olub
  • 24-11-2026, 16:05
    Azərbaycanlı güləşçi dopinqə görə 3 il müddətinə diskvalifikasiya olunub
  • 24-11-2026, 15:35
    Çində 4,4 bal gücündə zəlzələ baş verib
  • 24-11-2026, 15:25
    “Özbəkfilm” neyroşəbəkələr vasitəsilə film çəkməyə başlayacaq
  • 24-11-2026, 15:10
    Süni intellekt bazarında canlanma FED-in faiz artımı gözləntilərini gücləndirir
  • 24-11-2026, 15:00
    Qlobal bazarlarda “Nvidia” gündəmi
  • 24-11-2026, 14:57
    “Citadel” qlobal maliyyə böhranı riskinə dair xəbərdarlıq edib
  • 24-11-2026, 14:53
    Süni intellekt depressiya müalicəsində uyğun terapiyanın erkən seçilməsinə necə kömək edə bilər?
  • 24-11-2026, 14:48
    Londonda ilk dəfə rəqəmsal qızıl əməliyyatı aparılıb
  • 24-11-2026, 14:48
    İran: Hörmüz boğazı Tehranın şərtlərinin yerinə yetiriləcəyi təqdirdə açılacaq
  • 24-11-2026, 14:10
    Politoloq: Putinin ritorikasının yumşalması sülh prosesinin irəliləməsini göstərir
  • 24-11-2026, 12:50
    Türkiyədə COP31 çərçivəsində dəyəri 26 milyard dollardan çox olan sazişlər imzalanıb
  • 24-11-2026, 12:30
    Makronun büdcə təşəbbüsü tənqid edilib
  • 22-11-2026, 23:15
    Kuşner: ABŞ Rusiyanı NATO-nun qarşıdurma istəmədiyinə inandırmağa çalışır
  • 22-11-2026, 22:30
    Dağıstanda qəza səbəbindən 40 mindən çox insan işıqsız qalıb
  • 22-11-2026, 20:30
    ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb
  • 22-11-2026, 18:50
    Tramp: Açıq sərhədlər ölkələri məhv edir
  • 22-11-2026, 18:40
    Almaniyada kilsədə 19 nəfər dəm qazından zəhərlənib
  • 22-11-2026, 07:30
    Meksikada kartel rəhbərinin saxlanılması əməliyyatı zamanı dörd hərbçi həlak olub
  • 22-11-2026, 07:00
    İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib
  • 22-11-2026, 06:40
    Husilərin Ər-Riyada PUA hücumunun qarşısı alınıb
  • 22-11-2026, 05:30
    “SpaceX” ABŞ Kosmik Qüvvələri üçün peyklər daşıyan raket buraxıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: İntizar Əmirova
  • Telefon: (+99455) 429 29 47
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. SozMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə