• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

ABŞ administrasiyası Venesuela və İraqı OPEC-dən çıxmağa təşviq edib

Dünya

27-11-2026, 12:00



ABŞ Prezidenti Donald Trampın administrasiyası bu ilin əvvəlində Venesuela və İraqı Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) çıxmağı nəzərdən keçirməyə təşviq edib, eyni zamanda, Venesuelanın təşkilata illik üzvlük haqqını ödəməsinə mane olub.

Sozmedia.az  “Reuters”ə istinadla xəbər verir ki, bu, uzun müddətdir təşkilatı neft qiymətlərini süni şəkildə yüksək saxlamaqda ittiham edən Donald Tramp administrasiyasının OPEC-ə qarşı qeyri-adi birbaşa müdaxiləsi kimi qiymətləndirilir.

Məlumata görə, həmin dövrdə ABŞ rəsmiləri hər iki ölkədə neft hasilatının və investisiyaların artırılmasını təşviq ediblər. Bununla yanaşı, bəzi ABŞ rəsmiləri OPEC-in hasilat məhdudiyyətlərinin gələcəkdə bu planların həyata keçirilməsinə mane ola biləcəyindən narahatlıq keçiriblər.

Məsələ ilə tanış olan mənbələrin bildirdiyinə görə, Vaşinqtonun Venesuelaya təzyiqləri o həddə çatıb ki, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman bu yay müdaxilə edərək Tramp administrasiyasını məsələni daha da irəli aparmamağa razı salıb.

İraqda isə Baş nazir Əli Faleh əl-Zeydi bu yay ABŞ rəsmiləri ilə müzakirələrdən sonra hökumət iclasında ölkənin OPEC-dən çıxması ehtimalını gündəmə gətirib. İki mənbənin sözlərinə görə, ABŞ rəsmiləri onu bu addımı nəzərdən keçirməyə təşviq ediblər. Lakin İraqın Neft Nazirliyi bu təşəbbüsə qarşı çıxaraq Baş naziri təşkilatda qalmağa və bunun əvəzinə ölkə üçün daha yüksək hasilat kvotası əldə etməyə çalışmağa inandırıb.

ABŞ-nin hər iki ölkə üzərində mühüm maliyyə təsir imkanları mövcuddur. Vaşinqton yanvar ayında Nikolas Maduronun hakimiyyətdən uzaqlaşdırılmasından sonra Venesuelanın dövlət vəsaitlərinə çıxışına nəzarət edir. İraqın neft gəlirləri isə 2003-cü il İraq müharibəsindən sonra formalaşdırılmış mexanizm çərçivəsində hələ də Nyu-York Federal Ehtiyat Bankındakı hesaba köçürülür.

ABŞ Dövlət Departamenti Venesuelanın OPEC-ə üzvlük haqqını ödəməsinin qarşısının alınıb-alınmadığı ilə bağlı sualları cavablandırmayıb. Bununla belə, qurum Vaşinqtonun Venesuelanın dövlət vəsaitlərindən istifadəsinə nəzarət etmək səlahiyyətini təsdiqləyib.

Dövlət Departamentinin nümayəndəsi bildirib ki, aşağı vəzifəli ABŞ rəsmilərinin ilin əvvəlində Venesuela hökuməti ilə OPEC-dən çıxmaq məsələsini müzakirə etməsi mümkündür. Lakin bu məsələ yüksəksəviyyəli rəsmilərin gündəliyində olmayıb.

Dövlət Departamentinin nümayəndəsi İraqla aparılan danışıqların isə OPEC-dən çıxmaq məsələsinə deyil, enerji infrastrukturunun təkmilləşdirilməsi, hasilat və enerji nəqlinin artırılmasına yönəldiyini vurğulayıb.

OPEC-in Venesuela, İraq və Səudiyyə Ərəbistanı hökumətlərinin nümayəndələri isə sorğulara cavab verməyiblər.

ABŞ-nin bu addımları 2019-cu ildən bəri dörd üzvünü itirmiş təşkilatın üzləşdiyi təzyiqləri daha da artırır. ABŞ və İsrailin İrana qarşı müharibəsinin yaratdığı pozuntular fonunda OPEC-in qlobal neft bazarındakı payı da son dövrlərdə minimum səviyyəyə enib. İran təşkilatın digər təsisçi üzvlərindən biridir.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri bu ilin əvvəlində hasilat kvotalarından narazılığı səbəbindən OPEC-dən çıxdığını elan edib. Anqola, Ekvador və Qətər isə müvafiq olaraq 2024-cü, 2020-ci və 2019-cu illərdə təşkilatı tərk ediblər. Bu qərarların qəbulunda ABŞ-nin iştirakına dair hər hansı məlumat yoxdur.

Paylaş:
Digər xəbərlər

Gündəm

12-11-2024, 19:42

Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirildi

İqtisadiyyat

8-10-2026, 18:36

Neft qiymətləri yenidən kəskin yüksəlib

---

17-01-2025, 15:52

BEA: 2025-ci ildə qlobal neft tələbi sutkada 1,05 milyon barel artacaq

İqtisadiyyat

1-11-2026, 18:30

OPEC+ ölkələri hasilat səviyyəsinin saxlanılması barədə qərar qəbul ediblər

Gündəm

31-03-2025, 09:23

31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür

Araşdırma
Dünyanın ən böyük şirkətlərinin qeyri-maddi aktivlərinin dəyəri 128,4 trilyon dollara çatıb – ARAŞDIRMA
280 SAYLI MƏKTƏBDƏ NƏ BAŞ VERİR? 5-Cİ SİNİF ŞAGİRDİ İKİ HƏFTƏDƏN ÇOXDUR DƏRSDƏN KƏNARDA QALIB!
Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub
ŞƏKİ YAYLASINDA ACINACAQLI VƏZİYYƏT: TURİSTİN TƏHLÜKƏSİ KİMİN MƏSULİYYƏTİNDƏDİR?
Bakıya “yağış yağan” avtobuslar gətirilib
Azərbaycanın bu kəndində 150 min adam yaşayır
Hadisə
1-11-2026, 22:00
Məşhur rejissor səhvən özünü güllələdi
31-10-2026, 14:30
Bərdədə yeniyetmə ağır qəza törətdi
19-10-2026, 19:00
Qazaxda 35 yaşlı kişini ildırım vurub
8-10-2026, 11:00
Nigar Fərhadın həyat yoldaşı başqa təcridxanaya köçürüldü
1-10-2026, 15:15
Gömrükdə bəyan edilməyən külli miqdarda kosmetik vasitə aşkarlandı
26-09-2026, 13:10
Qaradağda vulkan püskürməsi 10 dəqiqə davam edib
Son xəbərlər
  • 21-03-2026, 21:45
    Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyinin təşəbbüsü ilə iftar süfrəsi təşkil olundu
  • Dün, 23:10
    Azərbaycanın eşitmə məhdudiyyətli idmançılarından ibarət milli komandası Avropa çempionatından 6 medalla qayıdıb
  • Dün, 21:30
    Rusiyanın neft obyektlərinə zərbələrin endirildiyi təsdiqlənib
  • Dün, 17:30
    İsveç alimləri əl işləri ilə məşğul olmaqla stresin səviyyəsinin azalması arasında əlaqə aşkar ediblər
  • Dün, 10:00
    Uqandada Afrikada ilk dəfə Ebola virusuna qarşı mRNT peyvəndinin klinik sınaqlarına başlanılıb
  • 27-11-2026, 23:40
    Mahir Emreli “Rakuv”un heyətində növbəti qolunu vurub
  • 27-11-2026, 13:00
    Dünyanın ən böyük şirkətlərinin qeyri-maddi aktivlərinin dəyəri 128,4 trilyon dollara çatıb – ARAŞDIRMA
  • 27-11-2026, 12:00
    ABŞ administrasiyası Venesuela və İraqı OPEC-dən çıxmağa təşviq edib
  • 27-11-2026, 05:00
    “Bitcoin” və “Ethereum”un qiyməti 3 faizdən çox artıb
  • 26-11-2026, 19:10
    Gürcüstan XİN: Avropa Parlamentinin qətnaməsi Gürcüstan-Avropa İttifaqı münasibətlərini pozur
  • 26-11-2026, 19:00
    ABŞ-də Şükranlıq Günündə güclü fırtına və daşqınlar müşahidə olunur
  • 26-11-2026, 18:40
    "Sabah"la matçda 2 qol vuran futbolçu Çempionlar Liqasında həftənin oyunçusu seçilib
  • 26-11-2026, 17:40
    Tanınmış futbolçu avtomobil qəzası keçirib
  • 26-11-2026, 17:30
    Rusiyada Su-34 bombardmançı təyyarələrinin yerləşdiyi aerodrom vurulub
  • 26-11-2026, 17:10
    İlon Mask ABŞ-də hər bir uşağa iki “SpaceX” səhmi bağışlamağı planlaşdırır
  • 26-11-2026, 16:50
    İspaniya İbiza yaxınlığında tankerin qəzaya uğramasından sonra dənizdə fövqəladə vəziyyət elan edib
  • 26-11-2026, 16:50
    Fernando Alonso virusa yoluxduğu üçün Qətər Qran-Prisinin ilk sərbəst yürüşünü buraxacaq
  • 26-11-2026, 16:40
    Vyetnam milyarderləri ABŞ-nin tarif açıqlamasından sonra 3 milyard dollar itirib
  • 26-11-2026, 15:20
    Britaniya nüvə sualtı qayıqlarının modernləşdirilməsinə 8 milyard funt sterlinq ayırır
  • 26-11-2026, 07:00
    Norveç ABŞ-nin yeni gömrük rüsumlarından hələlik yayına bilib
  • 26-11-2026, 05:30
    Alimlər vikinqlər dövründə bəzək əşyalarının kütləvi istehsalı barədə təsəvvürü təkzib ediblər
  • 26-11-2026, 05:00
    Misirdə yanacaq daşıyan tankerin yanması nəticəsində 30 nəfər həlak olub
  • 24-11-2026, 16:05
    Azərbaycanlı güləşçi dopinqə görə 3 il müddətinə diskvalifikasiya olunub
  • 24-11-2026, 15:35
    Çində 4,4 bal gücündə zəlzələ baş verib
  • 24-11-2026, 15:25
    “Özbəkfilm” neyroşəbəkələr vasitəsilə film çəkməyə başlayacaq
  • 24-11-2026, 15:10
    Süni intellekt bazarında canlanma FED-in faiz artımı gözləntilərini gücləndirir
  • 24-11-2026, 15:00
    Qlobal bazarlarda “Nvidia” gündəmi
  • 24-11-2026, 14:57
    “Citadel” qlobal maliyyə böhranı riskinə dair xəbərdarlıq edib
  • 24-11-2026, 14:53
    Süni intellekt depressiya müalicəsində uyğun terapiyanın erkən seçilməsinə necə kömək edə bilər?
  • 24-11-2026, 14:48
    Londonda ilk dəfə rəqəmsal qızıl əməliyyatı aparılıb
  • 24-11-2026, 14:48
    İran: Hörmüz boğazı Tehranın şərtlərinin yerinə yetiriləcəyi təqdirdə açılacaq
  • 24-11-2026, 14:10
    Politoloq: Putinin ritorikasının yumşalması sülh prosesinin irəliləməsini göstərir
  • 24-11-2026, 12:50
    Türkiyədə COP31 çərçivəsində dəyəri 26 milyard dollardan çox olan sazişlər imzalanıb
  • 24-11-2026, 12:30
    Makronun büdcə təşəbbüsü tənqid edilib
  • 22-11-2026, 23:15
    Kuşner: ABŞ Rusiyanı NATO-nun qarşıdurma istəmədiyinə inandırmağa çalışır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: İntizar Əmirova
  • Telefon: (+99455) 429 29 47
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. SozMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə